Xoş Gəlmisiz

Tema resimleri fpm tarafından tasarlanmıştır. Blogger tarafından desteklenmektedir.

Xəbər axtar

Doğru xəbər ünvanı

Sumqayıtda 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya…

 

Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur".


Məlumata görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, proses çərçivəsində ümumilikdə 40-a yaxın binanın sökülməsi, təxminən 1 500 mənzilin isə bu tədbirləri əhatə etməsi gözlənilir:

"İlkin mərhələdə 21-ci və 29-cu məhəllələr, 2-ci mikrorayon 17-ci məhəllə və 5-ci məhəllədə yerləşən Kimyaçılar yaşayış massivindəki qəzalı binaların sökülməsi planlaşdırılır. Növbəti mərhələlərdə digər ərazilərdə də işlərin davam etdirilməsi nəzərdə tutulur. Artıq söküntü prosesinə daxil ediləcək binalarda inventarizasiya işləri aparılıb.

Mənzillərə görə ödəniləcək kompensasiyanın məbləği də sakinləri maraqlandıran əsas məsələlərdəndir. İlkin müzakirələrdə hər kvadratmetr üçün 1500-2000 manat aralığında rəqəmlər səsləndirilsə də, yekun məbləğin mənzilin yerləşdiyi ərazi və digər amillərdən asılı olaraq dəyişməsi mümkündür".

AQC sədri əlavə edib ki, Sumqayıtda nəzərdə tutulan söküntü və yenidənqurma işləri şəhərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

"Bu proses yalnız köhnə yaşayış fondunun yenilənməsi deyil, həm də şəhərsalma infrastrukturunun müasirləşdirilməsi, torpaq resurslarından daha səmərəli istifadə və müasir yaşayış mühitinin yaradılması üçün yeni imkanlar formalaşdırır.

Sumqayıtın Bakıdan sonra ölkənin əsas yaşayış və iqtisadi mərkəzlərindən biri olması bu layihələrin əhəmiyyətini daha da artırır. Qəzalı binaların yerində müasir yaşayış komplekslərinin inşası, ərazilərin abadlaşdırılması və infrastrukturun yenilənməsi şəhərin memarlıq görünüşündə ciddi dəyişikliklərə səbəb ola bilər".

Torpağa basdırılmış 11 aylıq körpə sağ tapıldı

 

ABŞ-nin Cənubi Karolina ştatında atası tərəfindən qaçırılan 11 aylıq körpə torpağa basdırılmış it qəfəsinin içərisində sağ tapılıb.

xeberler.info.az xarici KİV-ə istinadən xəbər verir ki, körpə təxminən 24 saat torpaq altında qalıb.

Leksinqton dairəsinin şerifi Brayan Kun hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, KOAH Şarp adlı körpə dəsmala bükülmüş vəziyyətdə qəfəsin içərisində olub.

Şerifin sözlərinə görə, qəfəsin üzərinə qoyulan dəsmal torpağın altında müəyyən hava boşluğu yaradıb. Bu da körpənin təxminən 24 saat sağ qalmasına imkan verib.

Məlumata görə, körpə bazar ertəsi günü atası Maykl Komer tərəfindən qaçırılıb. Hadisədən sonra polis, Federal Təhqiqat Bürosu (FTB) və digər federal qurumların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatı başladılıb.

Çərşənbə axşamı təxminən 100 nəfərlik axtarış qrupu şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə təzə qazılmış torpaq sahəsi aşkarlayıb. Ərazidə qazıntı aparan zaman axtarış iştirakçıları körpənin ağlama səsini eşidiblər və dərhal xilasetmə əməliyyatına başlayıblar.


Ata həbs edilib

Xilas edilən körpə xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin davam etdiyi və səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer isə bazar ertəsi axşamı saxlanılıb. O, cinayət törətməkdə ittiham olunur.

Şerifin ofisi və rayon prokurorluğu şübhəliyə qarşı əlavə ittihamların irəli sürülməsi üzərində işləyir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

 

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

“xeberler.info.az ” xəbər verir ki, bazardakı cari elanlardan göründüyü kimi, elektrikli kombilərin satış qiyməti onların gücündən, fazasından və brendindən asılı olaraq dəyişir.

Nisbətən kiçik sahələr üçün nəzərdə tutulan sadə və işlənmiş modellər bazarındakı qiymətlər 450–650 manat civarındadır. Daha yüksək keyfiyyətli və böyük sahələri qızdırmaq üçün nəzərdə tutulmuş Avropa brendlərindən olan "Thermona" modellərinin qiymətləri isə fərqlidir. Online alış-veriş

Belə ki, 7.5 kW gücə malik "Thermona THERM EL 8" modeli 1 430 manata, 15 kW gücündə olan "Thermona THERM EL 15" modeli 1 691 manata, 22.5 kW gücündəki "Thermona THERM EL 23" modeli 1 848 manata, 30 kW gücünə malik "Thermona THERM EL 30" modeli 2 058 manata, 37.5 kW gücündəki "Thermona THERM EL 38" modeli 2 321 manata, ən güclü 45 kW-lıq "Thermona THERM EL 45" modeli isə 2 531 manata satışa çıxarılır.

Müqayisə üçün qeyd edək ki, standart 23 kW qaz kombilərinin qiyməti ortalama 1 130 manat təşkil etdiyi halda, eyni gücə malik elektrikli kombilər daha yüksək qiymətə təklif olunur.

Elektrikli kombiləri qaz kombilərindən fərləndirən və üstün edən bir sıra mühüm cəhətlər mövcuddur. İlk növbədə, bu cihazlarda qaz sızması, dəm qazı zəhərlənməsi və ya partlayış riski sıfıra bərabərdir ki, bu da yüksək təhlükəsizlik deməkdir.

Eyni zamanda, xarici divara baca çıxarmaq məcburi olmadığı üçün onları evin istənilən qapalı guşəsində montaj etmək mümkündür. Qaz alışması və ya alov səsi olmadığından tamamilə səssiz çalışan bu cihazlar təxminən 99%-lik yüksək faydalı iş əmsalı ilə elektrik enerjisini istilik enerjisinə çevirir.

Aylıq istismar xərcləri baxımından təbii qaz hazırda daha ucuz yanacaq növü sayılsa da, elektrikli kombilərin müəyyən iqtisadi üstünlükləri də var. Qaz kombisi üçün dövlət qurumlarından qaz çəkiş layihəsi, baca icazəsi və xüsusi təhlükəsizlik sistemləri tələb olunur ki, bu da başlanğıcda böyük əlavə xərc yaradır, lakin elektrikli kombilərdə bu sənədləşmə və montaj xərcləri yoxdur.

Əlavə olaraq, qaz kombilərində tez-tez sıradan çıxan alovlandırıcı, fan və ya baca hissələri elektrikli kombilərdə olmadığı üçün texniki qulluq xərcləri minimuma enir və qaz xətti olmayan ərazilərdə maye qaz balonları ilə müqayisədə ən rahat və təhlükəsiz alternativ olaraq qəbul edilir.

Mayor idi, 10 ay sonra general oldu

 


Azərbaycanda gənc yaşda general rütbəsi alan şəxslər çoxdur. Onların sırasında ölkənin ən gənc generallarından biri olan, 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksələn Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov da var. Onun vəzifə yüksəlişi qısa müddətdə baş verib.


Xeberler.info.az xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov 1992-ci ildə Bakı şəhərində anadan olub.

2008-2012-ci illərdə Bakı Dövlət Universitetində gömrük işinin təşkili ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə magistr təhsili alıb. 2012-2013-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə gömrük orqanlarında fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ildə Azərbaycanın Belçikadakı Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi - gömrük attaşesi təyin edilib.

general Fuad Məmmədov

Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsinə təyin olunan Məmmədov həmin vaxt gömrük xidməti mayoru idi. O, cəmi iki ay sonra polkovnik rütbəsinə yuksəlib. 29 yanvar 2026-cı ildə isə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.

Fuad Məmmədov intellektual kadr kimi tanınır. O, rus və ingilis dillərində sərbəst danışır.

Pensiyası kəsilən Qazi Ruslan Süleymanov Dövlət orqanlarına müraciət etdi

 


Prezident onlara ali hərbi rütbələr verdi – Adlar

 

Prezident onlara ali hərbi rütbələr verdi – Adlar

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Xeberler.info.az xəbər verir ki, Sərəncama əsasən Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova

general-mayor” hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə

polkovnik Hikmət Rövşən oğlu Əliyevə

polkovnik Telman Əsgər oğlu Hüseynova.

Malik İsaqov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

 


Malik İsaqov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 6 noyabr 2026-cı il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində keçirildi. 

"xeberler.info.az" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi. 

Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. 

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.


Təsisçi və Baş Redaktor Murad Məmmədov 

010-374-87-82