İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini general-mayor Ezdi Tehranın strategiyası ilə bağlı kəskin bəyanatla çıxış edib.
Xeberler.info.az xəbər verir ki, general-mayor Ezdi SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin əməliyyat və kəşfiyyat üstünlüyü sayəsində Hürmüz boğazındakı vəziyyətə tam nəzarət etdiyini bildirib.
İranlı komandan vurğulayıb ki, strateji su yoluna bu cür nəzarət İran İslam Respublikası bunu istədiy müddətcə davam edəcək.