Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbərliyinə, İctimaiyyətlə əlaqələr şöbəsinə, Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsini icra edən Şəlalə xanım Bayramovaya və Baş həkim Zöhrab Cəfərova minnətdarlıq
Mən, Xeberler.info.az saytının təsisçisi və baş redaktoru Murad Məmmədov, redaksiyamıza müraciət etmiş vətəndaş Elçin Aydəmirovun müraciəti ilə əlaqədar göstərilən diqqətə, vətəndaş müraciətlərinə həssas yanaşmaya və səhiyyə sahəsində insan amilinə verilən önəmə görə öz minnətdarlığımı bildirirəm.
Bildirirəm ki, Elçin Aydəmirov redaksiyamıza müraciət edərək üzləşdiyi məsələ ilə bağlı məlumat vermişdir. Redaksiyamız vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, onların səsinin aidiyyəti qurumlara çatdırılmasını və cəmiyyətdə müsbət nümunələrin işıqlandırılmasını özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.
Bu baxımdan, Şəki Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və aidiyyəti şəxslər tərəfindən vətəndaş müraciətlərinə göstərilən diqqəti, məsələlərin araşdırılmasına münasibəti və insanlara qayğı ilə yanaşma prinsipini yüksək qiymətləndirirəm.
Xüsusilə Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsini icra edən Şəlalə xanım Bayramovaya Baş həkim Zöhrab Cəfərova vətəndaşların problemlərinə diqqətlə yanaşdıqlarına, səhiyyə müəssisəsinə müraciət edən insanların məsələlərinin həllinə həssas münasibətin əhəmiyyətinə görə təşəkkürümü bildirirəm.
Hesab edirəm ki, səhiyyə sahəsində çalışan rəhbər şəxslərin və tibb işçilərinin vətəndaşlarla nəzakətli ünsiyyəti, müraciətlərin diqqətlə dinlənilməsi və hər bir insanın probleminə fərdi yanaşılması cəmiyyətin dövlət səhiyyə sisteminə olan inamının möhkəmlənməsində mühüm rol oynayır.
Vətəndaşların müraciətlərinə diqqət göstərilməsi, onların problemlərinin araşdırılmasına səy göstərilməsi və insanlara qayğı ilə yanaşılması yalnız ayrı-ayrı şəxslər üçün deyil, bütövlükdə cəmiyyət üçün də əhəmiyyətlidir. Belə münasibət digər dövlət və səhiyyə müəssisələri üçün də müsbət nümunə hesab oluna bilər.
TƏBİB rəhbərliyindən və İctimaiyyətlə əlaqələr şöbəsindən xahiş edirəm ki, bu minnətdarlıq müraciətim nəzərə alınsın, Zöhrab Cəfərovun və Şəlalə Bayramovanın fəaliyyətinə verilən müsbət qiymət aidiyyəti üzrə diqqətə çatdırılsın. Eyni zamanda, onların fəaliyyətlərinin qiymətləndirilməsi və mümkün həvəsləndirmə tədbirləri məsələsinə müvafiq qaydada baxılmasını məqsədəuyğun hesab edirəm.
Sonda bir daha TƏBİB rəhbərliyinə, İctimaiyyətlə əlaqələr şöbəsinə, Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsini icra edən Şəlalə xanım Bayramovaya baş həkim Zöhrab Cəfərova fəaliyyətlərində uğurlar arzulayır, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Murad Məmmədov
Xeberler.info.az saytının təsisçisi və baş redaktoru
