Müharibə iştirakçısı Ruslan Süleymanovun əlillik müraciətinə Nazirlikdən rəsmi cavab verilib
Müharibə iştirakçısı Ruslan Süleymanovun əlillik müraciətinə Nazirlikdən rəsmi cavab verilib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin müəyyən edilməməsinin səbəblərini açıqlayıb "Xeberler.info.az" informasiya saytının baş redaktoru Murad Məmmədovun müharibə iştirakçısı Süleymanov Ruslan Fazil oğlunun əlilliyinin müəyyən edilməməsi ilə bağlı göndərdiyi informasiya sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi cavab verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan rəsmi açıqlamada vətəndaşın əlilliyinin qiymətləndirilməsi prosesi, aparılmış müayinə və qəbul edilmiş qərarın əsasları, eləcə də təkrar müraciət hüququ barədə məlumat verilib. Əyani müayinə zamanı əlillik əlaməti aşkar edilməyib Nazirliyin məlumatına əsasən, Kəlbəcər rayon sakini Süleymanov Ruslan Fazil oğlu qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş (Forma 88) əsasında 14.07.2026-cı il tarixində Dövlət Tibbi-Sosial Ekspertiza və Rea...