Kayıtlar

Müharibə iştirakçısı Ruslan Süleymanovun əlillik müraciəti ilə bağlı nazirliyə sorğu göndərildi

Resim
  Müharibə iştirakçısı Ruslan Süleymanovun əlillik müraciəti ilə bağlı nazirliyə sorğu göndərildi Xeberler.info.az müharibə iştirakçısı Süleymanov Ruslan Fazil oğlunun əlilliyin müəyyən edilməsi ilə bağlı üzləşdiyi problemləri gündəmə gətirir. Redaksiyamız tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova rəsmi informasiya sorğusu ünvanlanıb. 1993-cü il təvəllüdlü Ruslan Süleymanovun bildirdiyinə görə, o, 17 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə və Suqovuşan istiqamətlərində hərbi əməliyyatlar zamanı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Müraciətçinin təqdim etdiyi məlumatlara əsasən, 4 may 2021-ci il tarixli, 12057 nömrəli xəstəlik haqqında şəhadətnamədə aldığı xəsarətlə bağlı qeydlər mövcuddur. O, əvvəlki dövrdə elektron hökumət sistemində üçüncü dərəcə əlillik barədə məlumatın olduğunu, sonradan isə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətinin mənfi nəticələndiyini bildiri...

MÜSAHİBİMİZ: KƏNAN QURBANOV – QARABAĞDAN BAŞLAYAN MUSİQİ YOLU, SƏNƏTƏ SEVGİ VƏ GƏLƏCƏK ARZULARI

Resim
MÜSAHİBİMİZ: KƏNAN QURBANOV – QARABAĞDAN BAŞLAYAN MUSİQİ YOLU, SƏNƏTƏ SEVGİ VƏ GƏLƏCƏK ARZULARI Xeberler.info.az olaraq bu dəfə oxucularımıza musiqi sənətinə böyük sevgi ilə bağlanan, öz təhsil yolu və zəhməti ilə gələcəyə doğru addımlayan gənc Kənan Qurbanovu təqdim edirik. Əslən Qarabağın gözəl guşələrindən olan Ağdərə rayonundan olan Kənan Qurbanov Vüqar oğlu hazırda ailəsi ilə birlikdə Beyləqan rayonunun Haramı düzündə müvəqqəti məskunlaşıb. Onun həyat hekayəsi doğma yurda bağlılıq, təhsilə maraq və musiqi sənətinə olan sevgi ilə diqqət çəkir. Kənan üçün musiqi yalnız bir məşğuliyyət deyil, həm də gələcəyini qurmaq istədiyi, daim inkişaf etməyə çalışdığı sevimli sənət sahəsidir. Təhsil həyatından musiqi sənətinə doğru Kənan Qurbanov orta təhsilini Beyləqan rayonunda fəaliyyət göstərən Ağdam rayonunun 138 saylı 9 illik qaçqın məktəbində alıb. Məktəb illərindən sonra onun həyatında musiqi təhsili mühüm yer tutmağa başlayıb. 2017-ci ildə Beyləqan rayon Niyazi adına Musiqi Məktəbinə da...

Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib.

 Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib. Azərbaycan xəbərləri: Bakı və Dünya hadisələri | Report.az AZ RU EN overcastBakı 19° C USD - 1.700EUR - 1.910TRY - 0.034GEL - 0.655RUB - 0.021UAH - 0.038 Axtarış Son xəbərlər Siyasət İqtisadiyyat LongRead Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub Mədəniyyət siyasəti 20 oktyabr, 2026 20:37 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin Yeniliklərdən dərhal xəbərdar olun! Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib. Bu barədə "xeberler.info.az a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zəngilan Konqres Mərkəzinin dəhlizin...

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır.

 Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun (MAXE) məsuliyyəti artırılır. Xeberler.info.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcəklər. Bununla bərabər, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Əvvəlki redaksiyada isə bu xəta üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə 20 günədək müddətə inzibati həbs tətbiq olunurdu. Daha bir təklif edilən dəyişikliyə görə yuxarıdak...

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman

 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - Fərman Prezident İlham Əliyev Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Xeberler.info.az xəbər verir ki, Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Fərmana əsasən publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində TƏBİB-ə keçir. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır. TƏBİB “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirəcək.

İrandan Qərbə açıq hədə: "Hürmüz boğazına nəzarət Tehranın əlində qalacaq"

 İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini general-mayor Ezdi Tehranın strategiyası ilə bağlı kəskin bəyanatla çıxış edib. Xeberler.info.az xəbər verir ki, general-mayor Ezdi SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin əməliyyat və kəşfiyyat üstünlüyü sayəsində Hürmüz boğazındakı vəziyyətə tam nəzarət etdiyini bildirib. İranlı komandan vurğulayıb ki, strateji su yoluna bu cür nəzarət İran İslam Respublikası bunu istədiy müddətcə davam edəcək.

Makron bu gecə istefa verməlidir - Bardella

 Makron bu gecə istefa verməlidir - Bardella Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella ölkəni bürüyən iğtişaşlardan sonra prezident Emmanuel Makronun istefasını tələb edib. Xeberler.info.az xəbər verir ki, partiya rəhbəri bu barədə sosial şəbəkə səhifəsində yazıb. "Bu axşam Makronun üzr istəyəcəyini və istefa verəcəyini gözləyirəm", - deyəo bildirib. Bardella ölkədəki hadisələri Fransa üçün rüsvayçılıq adlandırıb. Qeyd edək ki, Fransada baş verən etiraz aksiyaları zamanı ötən gün 1200-dən çox etirazçı saxlanılıb, bir nəfər ölüb. Dövlət başçısının xalqa müraciət edəcəyi gözlənilir.