Uşaqlıq arzusunu peşəyə çevirən psixiatr – Fərid Məmmədov: Qazilərimizin və vətəndaşlarımızın etimadı həkim üçün böyük məsuliyyətdir
Uşaqlıq arzusunu peşəyə çevirən psixiatr – Fərid Məmmədov: Qazilərimizin və vətəndaşlarımızın etimadı həkim üçün böyük məsuliyyətdir Xeberler.info.az | Həkimlərimizi tanıyaq İnsan sağlamlığı cəmiyyətin ən böyük sərvətlərindən biridir. Bu sərvətin qorunmasında həkimlərin üzərinə böyük məsuliyyət düşür. Xüsusilə psixiatriya sahəsində çalışan həkimlərdən yalnız tibbi bilik deyil, səbir, diqqət, həssaslıq, insanları dinləmək və hər bir pasiyentə fərdi yanaşmaq bacarığı tələb olunur. Psixi sağlamlıq insanın həyat keyfiyyətinə, ailə münasibətlərinə, sosial fəaliyyətinə və cəmiyyətə inteqrasiyasına birbaşa təsir göstərir. Bəzən insan fiziki baxımdan sağlam görünsə də, daxilində ciddi psixoloji çətinliklər yaşayır. Belə hallarda peşəkar tibbi yardımın vaxtında göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Psixiatrın fəaliyyəti yalnız xəstəliyin diaqnozunu müəyyənləşdirməklə bitmir. Burada pasiyentin dinlənilməsi, onun həyat tarixçəsinin öyrənilməsi, klinik vəziyyətinin qiymətləndirilməsi və düz...